Türkiyədə gün ərzində 17 nəfər koronavirusdan öldü

  • 23:12 - 02 İyul

Türkiyədə son sutkada koronavirusdan daha 17 ölüm qeydə alınıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 167 nəfərə çatıb. 

Bu gün koronavirusa 1 186 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 202 284 nəfərə yüksəlıb.

Nazir qeyd edib ki, son sutka ərzində 1 543 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 176 695 nəfərə çatıb.


 


Oxunma sayı: 5622

Oxşar yazılar