Bakı metrosu iyulun 4-dən 20-dək fəaliyyət göstərməyəcək - Rəsmi

  • 21:00 - 02 İyul

2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu barədə Avropa.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda  aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.


Oxunma sayı: 27578

Oxşar yazılar