Tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

  • 17:30 - 02 İyul

"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən Avropa.info-ya verilən məlumata görə, Azərbaycana idxal edilən tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, tibbi maska və əlcəklərin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.


Oxunma sayı: 7239

Oxşar yazılar