Baş epidemioloqdan şok açıqlama: "Kənddə oturmuşam, televizorum, internetim yoxdur, heç nə bilmirəm" - SƏS YAZISI

  • 16:37 - 02 İyul

Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev  jurnalistlərin suallarını cavabsız qoyur.

Avropa.info xəbər verir ki, unikal.org-un əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.

İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.


Oxunma sayı: 11067

Oxşar yazılar