Nazarbayev də koronovirusdan sağaldı

  • 15:53 - 02 İyul

Daha əvvəl koronovirus analizi müsbət çıxan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin vəziyyəti yaxşılaşıb.

Avropa.info xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Twitter” səhifəsində məlumat verib:

“Yaxşı xəbərlərim var. Bu gün Elbaşının analiz nəticələri mənfi çıxıb. Həkimlərin məsləhətlərinə əsasən Nursultan Nazarbayev özünütəcrid rejimini saxlamağa davam edəcək, məsafədən işləyəcək və təmiz havada gəzintilərə vaxt ayıracaq”.

Qeyd edək ki, Nazarbayevin koronovirusa yoluxması faktı 18 iyunda açıqlanmışdı.


Oxunma sayı: 5501

Oxşar yazılar