“Fransa bizdən üzr istəməlidir” – Mövlud Çavuşoğlu

  • 15:21 - 02 İyul

“Gəmilərimizin fransız gəmilərini nişana alması iddiası doğru deyil. Fransa bizdən üzr istəməsi lazımdır”. 

Avropa.info xəbər verir ki, bu sözləri Almaniyada həmkarı Heyko Maasla birgə bəyanata verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Liviya məsələsində mövqeyimiz qətidir. Biz orada bağladığımız hərbi əməkdaşlıq çərçivəsində hərbi məsləhətçilik fəaliyyəti göstəririk. Son vaxtlar itirdiyi mövqelərindən dolayı Fransanın Türkiyə əleyhdarlığını görürük” – Çavuşoğlu deyib.

Çavuşoğlu Almaniyadan Türkiyəyə səyahət edəcək turistlər üçün təhlükəsiz şərait yaradıldığını, Almaniyanın Türkiyə ilə bağlı səyahət xəbərdarlığını yenidən gözdən keçirməli olduğunu deyib.


Oxunma sayı: 5578

Oxşar yazılar