Bill Geyts koronovirusun sürətlə yayılmasında "Facebook"u günahkar görür

  • 14:12 - 02 İyul

“Microsoft” şirkətinin qurucusu Bill Geyts koronovirusun sürətlə yayılmasının günahının “Facebook”da olduğunu iddia edib.

Avropa.info xəbər verir ki, ABŞ mətbuatının “Sosial şəbəkə şirkətləri epidemiya məsələsində daha çox kömək edə bilərmi?” sualına Geyts “Təəssüf ki, rəqəmsal vasitələr dəlisov fikirlər saydığım şeylərin yayaılmasına açıq şərait yaradır” cavabı verib.

Amerikalı milyarder koronovirusun “Facebook” kimi sosial şəbəkə plaformalarında yerləşdirilən səhv məlumat üzündən ABŞ-da daha sürətlə yayıldığını deyib:

“Maska bahalı deyil, lakin yenə də bəzi adamlar başqalarına yoluxma riskinə baxmayaraq bunun maska taxmamağın bir azadlıq simvolu, ya da başqa şey olduğunu düşünürlər”. 


Oxunma sayı: 8658

Oxşar yazılar