Kapital bankın Zərdab şöbəsi əhalini virus təhlükəsi ilə üz-üzə qoyur – Rayon mərkəzindəki bankomatlar nədən işləmir? – Şikayət

  • 13:57 - 02 İyul

Dünən gecədən Zərdab rayonunda müəllimlərin maaşları əmək haqları kartlarına yüklənib.

Avropa.info xəbər verir ki, əmək haqlarını bankomatlardan çıxarmaq istəyən rayon müəlliməri problemlə üzləşib.

Bununla bağlı saytımıza müraciət edən rayon müəllimləri bildiriblər ki, bu gün Zərdab şəhərində Kapital bankın üç bankomatından yalnız biri işləyir.  Buna görə də bankomatın qarşısında böyük insan sıxlığı yaranıb. 

Kəndlərdən rayon mərkəzinə əmək haqlarını bankomatlardan çıxarmaq üçün gələn müəllimlər əliboş geri qayıdıblar. Yaranan insan sıxlığı pandemiya zamanı koronavirusun geniş yayılması üçün münbit zəmin yaradır.

Müəllimlər Kapital bankı Zərdab rayon şöbəsinin rəhbərliyindən bankomatların normal fəaliyyət göstərməsi üçün şərait yaratmasını tələb edirlər.


Oxunma sayı: 7404

Oxşar yazılar