Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi

  • 13:55 - 02 İyul

Birinci vitse-prezident Mehriban Əliyeva 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Avropa.info xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.


Oxunma sayı: 7151

Oxşar yazılar