SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur

  • 12:38 - 02 İyul

"Bakı və bakıətrafı ərazilərdə karantin postlarının götürülməsindən sonra 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur".

Avropa.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

Onun sölzərinə görə, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək: "Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur".


Oxunma sayı: 3510

Oxşar yazılar