Dünyanın ən varlı adamının sərvətində tarixi rekord

  • 12:05 - 02 İyul

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin sahibi Ceff Bezos yeni tarixi rekorda imza ataraq sərvətini 171,6 milyard dollara çatdırıb.

Avropa.info xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” reytinqi məlumatında deyilir. Beləliklə Ceff Bezos dünyanın ən varlı adamı siyahısında 2018-ci ilin 4 sentyabrında qeydə alınmış rekordunu təzələyib. Həmin dövrdə onun sərvəti 167,7 milyard dollar dəyərində qiymətləndirilirdi.

“Bommberg” agentliyinin məlumatına görə Bezosun sərvəti “Amazon” aksiyalarının 4,4%, hərbi biri üçün 2878,7 dollara qalxması sayəsində artıb.

Bu ilin ilk yarısında Bezosun sərvəti 56,7 milyard dollar artıb. 

“Forbes” jurnalının məlumatlarına görə, Bezos dünyanın ən varlı adamı adını artıq üçüncü ildir ki, saxlayır.


Oxunma sayı: 6678

Oxşar yazılar