“Avtomobil şininin içinə saldılar, üstümə qaynar su tökdülər” – Əsəd rejimin işgənclərinə məruz qalan suriyalıdan qan donduran etiraflar

  • 11:39 - 02 İyul

Suriya Əsəd rejiminin həbsxanada qanunsuz şəkildə 7 il saxladığı Hama sakini 42 yaşlı Muhis Əl Drubi başına gələnləri Anadolu Agentliyinə danışıb.

Avropa.info xəbər verir ki, rejim əleyhinə etirazlarda iştirakına görə, 2012-ci ildən 2019-cu ilə qədər həbsdə qalan Drub bunları deyib:

“Əsəd qüvvələri məni, dörd qardaşımı və kəndin kişilərini həbs edərək Hamanın qərbinda yerləşən Deyr Şimel kəndindəki hərbi bazaya apararaq sorğu-sual etdilər. Maşın şininin içinə salaraq plastmas boru ilə döydülər. Tavandan sallanan zəncirlə yerdən 10 sm yüksəklikdən biləklərimizdən asdılar. Qaynar su tökdülər. Üstümdə siqaret yandırdılar”. 

Drubi daha sonra Hama hərbi aviabazasına göndərildiyini bildirib:

“Qapıdan içəri daxil olanda yumruqladılar. Paltarımızı zorla çıxardılar. Üzümü divara tərəf tutdular. Daha sonra müxtəlif işgəncələrlə sorğu-suala çəkildim. İşgəncə verən haralı olduğumu soruşdu. Hamalı olduğumu deyincə anamı söydü. Daha sonra diz çökməmi istədi. İtaət etməyincə motor qayışı ilə vurdu. Vurduğu yerin dərisi sıyrıldı. Məncə insanlara işgəncə verən insan ola bilməz. Sadəcə işgəncəyə məruz qalanların arasında tanınan biri idim”.

Müxalif mənbələr hal-hazırda rejimin həbsxanaları və istintaq şöbələrində ən azı 500 min nəfərin saxlanıldığını bildirirlər. Mülki əhaliyə qarşı qanun pozuntularını qeydə alan Suriya İnsan Haqların şəbəkəsinin hesabatlarına görə, Suriyada etirazların başladığı 2011-ci ilin mart ayından bu yana 173 nəfəri uşaq, 46-ı qadın olmaqla ümumilikdə 14 min 235 nəfər Əsəd rejiminin işgəncələrinə məruz qalaraq öldürülüb.


Oxunma sayı: 8394

Oxşar yazılar