"Formula 1"in keçmiş sahibi 89 yaşında ata oldu

  • 23:05 - 01 İyul

"Formula 1"in keçmiş sahibi Berni Ekklstounun oğlu dünyaya gəlib.

"Report"un "Blick" nəşrinə istinadən məlumatına görə, 89 yaşlı iş adamı övladına Eys adı verib. Britaniyalı milyarderin Petra (31 yaş), Tamara (36 yaş) və Debora (65 yaş) adlı 3 qızı da var.

Qeyd edək ki, Berni Ekklstoun 2017-ci ildə "Formula 1"i "Lyberty Media"ya satıb. Onun fəxri prezidentlik müddəti isə 2020-ci ilin yanvarında başa çatıb. 


Oxunma sayı: 15951

Oxşar yazılar