İranda baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs edilib

  • 22:50 - 01 İyul

İranda son günlər baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs olunub. 

Bunu İranın meşələrin, əkin sahələrinin və  su resurslarının mühafizəsi üzrə təşkilatın sədri Əli Abbasnejad deyib.

O deyib ki,  baş vermiş yanğınların bir qismi quru hava şəraiti ilə əlaqəli olsa da, bir qismi şübhəlidir və qəsdən törədilib. Ğ

Qeyd  edək ki, ötən həftələr İranın qərb və şimal bölgəsində meşə yanğınları baş verib. İran rəsmiləri bu yanğınların qəsdən törədildiyini bildirir.

Meşə yanğınları minlərlə hektarda ağacın yanması ilə yanaşı bir neçə nəfər ekoloji fəalın  ölməsinə  səbəb olub.

1 / 2

apa


Oxunma sayı: 8779

Oxşar yazılar