Ərdoğan: "Türkiyə tez bir zamanda Suriyada sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıdır"

  • 20:47 - 01 İyul

Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə üçtərəfli videokonfrans zamanı deyib.

O bildirib ki, Türkiyə tez bir zamanda Suriyada sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıdır:

"Bunun üçün biz özümüzdən asılı olan hər şeyi edəcəyik ki, münaqişə uzunmüddətli perspektivdə həll olunsun və Suriyanın ərazi bütövlüyü təmin edilsin".

Ərdoğan əlavə edib ki, münaqişənin əvvəlindən Türkiyə suriyalıların yanında olub.


Oxunma sayı: 4423

Oxşar yazılar