Bu gündən sosial ödənişlər faiz tutulmadan verilir – Azərbaycanda yenilik

  • 15:53 - 01 İyul

Bu gündən vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından faiz tutulmadan əldə edə bilərlər.

Avropa.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu addım “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə atılıb.

Vətəndaşlar sual yarandığı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərlər.


Oxunma sayı: 4566

Oxşar yazılar