Liviya Müftiliyindən “rus muzdlu əsgərlərinə qarşı səfərbəylik" fətvası : "Rusiya işğalına qarşı müqavimət göstərin”

  • 15:05 - 01 İyul

Türkiyənin dəstəklədiyi Liviya hökuməti Müftiliyinin Fətva Şöbəsi Şəriət və Fəaliyyət Şurası “dinini və torpaqlarını qorumaq istəyən liviyalıları ölkə torpaqlarının ruslar tərəfində işğalına qarşı səfərbərlik və müqavimətə” çağırıb.

Avropa.info xəbər verir ki, fətvada deyilir:

“Dinini ve topraqlarını qorumaq istəyən liviyalılar rus işğalına qarşı səfərbəylik və mübarizə içində olmalıdır. Şura şəhərlərdə, aeroportlarda, neft mədənlərində Liviyanın regionlarını və sərvətlərinə nəzarət etmək istəyən Rusiya işğalını görür. Dünyanın harasında olursa-olsun qüvvəsi çatan müsəlmanlar rus muzdlularına qarşı döyüşməlidir və bu adamlarla hər hansı ticarət və alış-verişdən uzaq durmalıdır”.

Xatırladaq ki, Liviyadakı neftin çıxarılması, hasilatı, paylanması və ixracatına nəzarət edən Liviya Milli Neft Şirkəti ölkənin cənubunda yerləşən Şərarə neft mədənlərinə “Vaqner” muzdlularının girdiyini açıqlamışdı.


Oxunma sayı: 9219

Oxşar yazılar