ABŞ: İrana hərbi müdaxilə hər zaman gündəmdədir

  • 13:45 - 01 İyul

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün Vaşinqtonun hərbi müdaxilə alternativini hər zaman gündəmdə tutduğunu deyib.

Avropa.info xəbər verir ki, İsrailin 13 telekanalının “Amerikan xalqı adına sualımız budur; İranın əsla nüvə silahına sahib olmamasının ən effektiv yolu nədir?” sualına Hukun cavabı belə olub:

“ABŞ prezidenti İranın nüvə silahı əldə etməməsi məsələsində daha əvvəl açıq mesaj göndərdi. Hərbi alternativi hər zaman göz önündə tuturuq”.

Huk ABŞ-ın 2018-ci ildə Tehran ilə bağlanan nüvə müqaviləsindən çıxmasını doğru qərar kimi qiymətləndirib.


Oxunma sayı: 5424

Oxşar yazılar