Sudanı yenidən etiraz mitinqləri bürüdü – Ölən və yaralananlar var

  • 13:14 - 01 İyul

Ömər əl-Bəşirin iqtidarına son qoyan 2018-ci ilin dekabr inqilabından sonra Sudanın keçid hökuməti “məqsədlərin həyata keçirilməsi və islahatların hazırlanması” tələbi ilə ölkə miqyasında mitinqlər təşkil edib.

Avropa.info xəbər verir ki, hökumətin mətbuat katibi Faysal Məhəmməd Salehin sözlərinə görə, mitinqlərdə bir nəfər ölüb. 

“Sudanın müxtəlif şəhərlərində təşkil olunan mitinq və yürüşlərdə Umdurmanda bir nəfər vəfat edib, paytaxt və əyalətlərdə yaralananlar var” – o, deyib.

Faysal xalqın səsləndirdiyi tələblərin yerinə yetirilməsi üçün ciddi işlərin görüləcəyini və bu gündən etibarən islahatlar proqramına başlayacaqlarını bildirib. O, məsuliyyət daşıyan şəxslərin cəzalandırılması üçün şəffaf istintaq da vəd edib.


Oxunma sayı: 6733

Oxşar yazılar