Trampın rəqibi Bayden seçki kampaniyasını mitinqlərsiz keçirəcək

  • 12:22 - 01 İyul

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden 2020-ci noyabr seçkisinədək seçkiöncəsi mitinqlər keçirməyəcək.

Avropa.info xəbər verir ki, Bayden bu addımı koronovirusun sürətlə artması üzündən atdığını deyib.

“Həkimlərin məsləhətinə qulaq asmağa hazıram, söhbət nəinki mənim, bütün ölkənin sağlamlığından gedir. Bu o deməkdir ki, mən mitinqlər təşkil etməyəcəm” – Bayden deyib.

Baydenin rəqibi hazırkı prezident Donald Tramp isə seçkiqabağı mitinqləri bərpa edib. 

Qeyd edək ki, Talsa şəhərində keçirilən mitinqdə Trampın seçki kampaniyasından 8 nəfər Kovid-19 koronovirusuna yoluxmuşdu.


Oxunma sayı: 4731

Oxşar yazılar