Rusiyada ən çox pensiya alan peşə sahibləri kimlərdir?

  • 11:32 - 01 İyul

“Komsomolskaya Pravda” qəzeti Rusiyada ən çox pensiya alan şəxs və peşələrin siyahısını dərc edib.

Avropa.info xəbər verir ki, birinci yerdə ayda 580 min rublla dövlət başçısı gəlir. Baş nazirin pensiyası isə ayda 465 min rubldur. 

Kosmonavtlar 255 min rubl, hakimlər 200 min rubl əmək pensiyası alır. Siyahı bu şəkildə davam edir: prokuror 150 min rubl, “Rusiya qəhrəmanı” adı daşıyanlar 65 min 600 rubl, nazir 63 min 600 rubl, “Xalq artisti” adı alanlar 50 min rubl, zabitlər 36 min rubl, dövlət məmuru 20 min rubl əmək pensiyası alır.

Ölkədə ortalama pensiya 15 min 400 rubldur.


Oxunma sayı: 10352

Oxşar yazılar