Pentaqondan Türkiyə ilə bağlı F-35 açıqlaması

  • 11:12 - 01 İyul

ABŞ Müdafiə Nazirliyi F-35 müştərək qırıcı təyyarəsinin bəzi detallarının istehsalı üçün Türkiyə şirkətləri ilə 2020-ci ilədək əməkdaşlığı davam etdirəcək.

Avropa.info xəbər verir ki, bu sözləri Anadolu Agentliyinin müxbirinin sualına cavab verən Pentaqon rəsmisi Cessika Maksvel deyib. O, 139 detalın istehsalı ilə bağlı əməkdaşlığın davam edəcəyini qeyd edib.

“Sənaye ortaqlarımız dadam edən kontraktlarına əməl edəcəklər. F-35 proqramı bu məsələdə baha başa gələn, lazımsız müqavilə maddələrində uzaq durmağa çalışdı” – o, deyib.

Maksvel ytni zamanda F-35 proqramı üçün alternativlərin axtarışına davam edildiyini bildirib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 HHM sistemləri aldığına görə, ABŞ Türkiyənin F-35 proqramında iştirakını təxirə salmışdı.


Oxunma sayı: 6315

Oxşar yazılar