Türkiyədə koronavirusdan sağalanların sayı 175 minə yaxınlaşır

  • 10:32 - 01 İyul

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Avropa.info-nun məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 131 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 302 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 199 906 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 386 nəfər olmaqla 173 111 nəfər təşkil edir.


Oxunma sayı: 3917

Oxşar yazılar