Bakıda polis əməkdaşını avtomobil vurdu

  • 10:17 - 01 İyul

Bakının Suraxanı rayonunda polis əməkdaşının xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Avropa.info xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis nəzarət postunda qeydə alınıb.

Minik avtomobili 1996-cı il təvəllüdlü Məmmədli Elşən Vadim oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1321

Oxşar yazılar