Prezidentin köməkçisi: “Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”

  • 18:50 - 30 İyun
  • “Bakı-İstanbul pilot layihəsinin davamı olaraq digər ölkələrlə də reyslərin açılmasına baxıla bilər”. 

    APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

    H. Hacıyev deyib ki, digər ölkələrdə yoluxmanın qarşısının alınması üçün qaydalar var: “Ölkələrin qarşılıqlı razılığı olduğu təqdirdə belə addımlar atıla bilər”. 


    Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yay dövründə tələbələr tərəfindən müraciətlər daxil olur: “İstanbuldan təşkil olunan reyslərdə tələbələrə AZAL tərəfindən 30 faiz güzəşt tətbiq olunur”.

Oxunma sayı: 5061

Oxşar yazılar