Məşhur marketlərdə qayda pozuntuları aşkarlandı

  • 17:53 - 30 İyun

Paytaxtda yerləşən bir neçə supermarket şəbəkəsində uyğunsuzluqlar müşahidə olunub.

AQTA-dan Avropa.info-ya daxil olan məlumata görə, 29 iyun tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 68 ictimai iaşə obyekti, 181 ərzaq satışı mağazası olmaqla ümumilikdə 249 müəssisədə reyd keçirilib. 

Bu zaman Bakı şəhəri üzrə məşhur mağazalar şəbəkəsi olan “Bolmart” (Xətai rayonu), “Oba” (Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu), “Bazarstore” (Xətai rayonu), “Al market”də (Xətai rayonu) daha çox uyğunsuzluqlar aşkar edilib.

Ümumilikdə reyd keçirilən obyektlərdən 98-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. 


Oxunma sayı: 8592

Oxşar yazılar