Məktubu parlamentdə HDP-li deputat tərəfindən ağlayaraq oxunan PKK lideri öldürüldü

  • 17:30 - 30 İyun

HDP-li deputat Gültan Kışanakın parlamentdə məktubunu oxutduğu PKK-çı terrorçu Məzlum Təkdağ Türkiyə ordusunun keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb.

Avropa.info xəbər verir ki, HADEP, DEHAP, Demokratik Toplum Partiyası (DTP), Demokratik Bölgələr Partiyası (DBP) və Xalqların Demokratik Partiyasında (HDP) partiya məclisi və Rəyasət Heyəti, qərargah rəhbərliyi, gənclik qolları vəzifələrində işləyən Məzlum Təkdağ 2009-cu ildə polis əməliyyatı ilə həbs olunmuşdu.

O dövrdə BDP üzvü olan sonradan qapadılan BDP partiyasının deputatı, indiki HDP-nin həmsədri Gültan Kışanak Təkdağın göndərdiyi məktubu parlament kürsüsündən ağlayaraq oxumuşdu. 

Məzlum Təkdağ terror təşkilatının kassası kimi də tanınırdı. PKK-nın xərac yığdığı biznesmenlərdən və podratçılardan yığdığı pullar onun vasitəsilə Qəndilə göndərildirdi. Qəndil isə HDP-nin bələdiyyə və parlament seçkilərində iştirak edəcək üzvlərini müəyyən edirdi. Bəzi namizədlərə “Səni namizəd göstərəcəyik, amma pul verəcəksən” deyərək PKK-nı maliyyələşdirən Təkdağın Diyarbəkirdə qaldığı evdə ələ keçirilən kompüterlərdə PKK-nın yerli şöbələri tərəfindən namizədlərin müəyyən edilməsi ilə bağlı hesabatlar tapılıb.

Məhəkəməsinin uzun çəkməsinə görə, azadlığa buraxılan və HDP-də rəhbər vəzifə tutan HDP-nin həbdə olan həmsədri Səlahəddin Dəmirtaş ilə Gültan Kışanakın partiyadakı iş yoldaşı idi. 2017-ci ildə aldığı cəza 18 il cəza təsdiq olununca Şimali İraqa qaçıb PKK-ya qoşuldu.

PKK rəhbərləri Murad Karayılan, Duran Kalkan, Sabri Ok, Mustafa Karasu və Cəmil Bayık kimi şəxslərlə yaxın olan Təkdağ PKK-nın silahlı qolu HPG-də rəhbər vəzifəyə gətirilib.

Məzlum Təkdağın yeri keçən ilik oktyabrın 1-də PUA-lara çəkilən kadrlarla müəyyən edilmişdi. Təkdağ türk F-16 təyyarələrinin hava əməliyyatı ilə öldürülmüşdü. PKK onun ölümünü 8 ay gizlətmişdi.


Oxunma sayı: 4082

Oxşar yazılar