İranda müxalif jurnalist edam ediləcək - Ruhullah Zem kimdir?

  • 17:04 - 30 İyun

İranda müxalif xəbər saytının redaktoru Ruhullah Zem haqqında edam cəzası çıxarılıb.

Avropa.info xəbər verir ki, "Amednews" saytının redaktoru Ruhullah Zemə "yer üzündə fəsad çıxarma" ittihamı cəza verilib.  

İran məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili Tehranda keçirdiyi mətbuat konfransında müxalif jurnalist Zemin dosyası ilə bağlı bilgi verib. 
 

Məhkəmənin 13 ayrı ittihamı "yer üzərində fəsad çıxarma" kimi  dəyərləndirdiyini deyən İsmaili, müxalif qəzetçinin ittiham edildiyi digər maddələrdən də həbs cəzası aldığını ifadə edib. İsmaili, İran Ali Məhkəməsinin də bu qərara baxacağını deyib.
 

Qeyd edək ki, mənası "məlumatlandırma, mücadilə, demokratiya" olan "Amednews" saytı 2015-ci ildə  Teleqram üzərindən fəaliyyətə başlayıb.
 

Rejimə müxalifliyi ilə önə çıxan və 1 milyondan çox oxucusu olan sayt, 2017-ci ildə dövlət tərəfindən bağlanılıb. Ruhullah Zemin redaktoru olan sayt sonradan fəaliyyətini  "Sedaimardom" (Xalqın səsi) adı ilə davam etdirib.  Zem 2019-cu ildə həbs edilərək, İrana gətirilib.


Oxunma sayı: 10880

Oxşar yazılar