İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi birinci onlayn müzakirəsini keçirib

  • 16:42 - 30 İyun

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” layihəsinin icrasını davam etdirir.

SosialMedia.az xəbər verir ki, layihə çərçivəsində birinci onlayn müzakirə keçirilib.
Onlayn müzakirə “Fake news” hücumlar və onun Azərbaycana idxalına qarşı müdafiə zərurəti” mövzusunda keçirilib.

“Bu gün ölkənin bütün yerlərində internet əlçatandır, bütün yaş qruplarına bu imkandan istifadə üçün münbit şərait var. Təəssüf ki, sosial şəbəkələrin əlçatanlığı Azərbaycanın əleyhinə çalışan qüvvələrin də işini asanlaşdırır. “Fake news” – saxta xəbər istehsalçıları sosial şəbəkə vasitəsilə insanları yanlış, zərərli, ölkə və dövlət üçün təhlükə vəd edən informasiyalarla “yükləməyə”, mühasirəyə almağa çalışır və müxtəlif zərərli maraqların təminatçısı olaraq, cəmiyyəti öz maraqlarına tabe etmək və bu tabeçilikdən də maraqlarının ifadəçisinə çevirməyə çalışırlar.

Bu baxımdan “Fake news” hücumlar və onun Azərbaycana idxalına qarşı müdafiə zəruri hala çevrilir. Ona görə də hesab edirik ki, qlobal şəbəkələrdən gələn təhlükələri önləmək üçün müxtəlif preventiv üsullar tətbiq edilməlidir. Hazırda bunu necə etmək və nələrə xüsusi diqqət yetirmək lazımdır?”-ətrafında keçirilən onlayn müzakirədə QHT, mediya nümayəndələri, o cümlədən layihənin ekspert qrupu iştirak edib.


Oxunma sayı: 2553

Oxşar yazılar