Abituriyentlər üçün əla fürsət: dövlət vəsaiti hesabına Cənubi Koreyada təhsil almaq imkanı

  • 16:17 - 30 İyun

2020/2021-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının icrası ilə bağlı işlər davam etdirilir.  

İki universitet arasında əldə edilən razılığa uyğun olaraq bakalavr səviyyəsi üzrə 4 ixtisas

- İnşaat mühəndisliyi;

- İnformasiya texnologiyaları;

- Elektrik mühəndisliyi;

- Elektronika mühəndisliyi (telekommunikasiya mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter mühəndisliyi ixtisaslaşmaları)

üzrə ikili diplom proqramı həyata keçirilir.  

Proqramda iştirak etmək üçün şərtlər çətin deyil:

- Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda 400 və daha çox bal toplamaq;

- BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi ingilis dili və fənn müsabiqəsindən uğurla keçmək.

Bu şərtlərə uyğun abituriyentlər 4 ixtisasdan birində öz seçimlərinə görə təhsil ala biləcəklər.

Proqram 3+1 modeli əsasında qurulub. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur.  Bakalavr pilləsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.  Bundan başqa, BMU-nun müasir tələblərə cavab verən iki yataqxanası mövcuddur və proqram əsasında təhsil alacaq tələbələr yataqxana ilə təmin olunacaqlar.

Proqrama müraciət etmək üçün tələb olunan sənədlərə3x4 ölçüsündə iki ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, attestat,DİM tərəfindən keçirilmiş imtahanda topladığı balı təsdiq edən sənəd və ingilis dili sertifikatı (əgər varsa) daxildir.

İnha Universitetin mühəndislik, biznes inzibatçılığı, tibb və sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İnha Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan, həmçinin 20 mindən çox tələbəyə malik ali təhsil ocağıdır. İkili diplom proqramı və İnha Universiteti haqqında daha ətraflı məlumatıaşağıdakı linklər vasitəsiləəldə etmək olar:

·        (ENG): https://www.youtube.com/watch?v=7vJ9jTfusHM

·        (RUS): https://www.youtube.com/watch?v=64C1E5lrXNs

·        http://www.beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/

·        https://eng.inha.ac.kr


Oxunma sayı: 2850

Oxşar yazılar