Bu nazirliyin fəaliyyətinin təşkili qaydası dəyişdi – Fərman

  • 15:44 - 30 İyun

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili qaydası dəyişib.

Avropa.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana müvafiq dəyişikliklə bağlı Fərmanda əksini tapıb.

Dəyişikliyə əsasən, nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirəcək.

Qüvvədə olan fərmana əsasən, Nazirlik öz fəaliyyətini bilavasitə və nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar (regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr və s.), tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirirdi.

Eyni zamanda nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) əsasnamələrini, strukturuna daxil olmayan tabeliyindəki qurumların (əsasnamələri (nizamnamələri) Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (əsasnamələrini) təsdiq edəcək.

Buna uyğun olaraq, Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edəcək.


Oxunma sayı: 2608

Oxşar yazılar