Rusiya Türkiyə ilə qarşılıqlı uçuşları bərpa edəcəkmi?

  • 15:00 - 30 İyun

Rusiya nəqliyyat naziri Yevgeni Ditrix koronovirus pandemiyasına görə qarşılıqlı şəkildə ləğv edilən təyyarə uçuşlarının 15 iyuldan etibarən yenidən başlaması ilə bağlı Türkiyənin təklifinə baxdıqlarına deyib.

Avropa.info xəbər verir ki, Ditrix ticarət məqsədli uçuşların başlaması ilə bağla iki ölkənin hələ yekun nəticəyə gəlmədiyini bildirib:

“Türkiyə ilə hava nəqliyyatının 15 iyulda yenidən başlaması gündəmdə deyil. Bəli, Türkiyə hökumətinin bu tarixi ehtiva edən təklifindən xəbərimiz var. Bunu nəzərə aldıq. Ancaq hava nəqliyyatının başlaması pandemiya vəziyyətinə bağlı olacaq. Rusiyada daxili uçuşların başlaması üçün hər şeydən əvvəl bunun Kovid-19-un yayılması baxımından nə dərəcə təhlükəsiz olmasını qiymətləndirəcəyimizi dəfələrlə demişdim. Yəni xarici uçuşların bəlli ölkəyə hansı tarixdə başlayacağını demək hələ tezdir".


Oxunma sayı: 5743

Oxşar yazılar