Çinlilər insan immunitetinin olmadığı yeni donuz qripi aşkardılar – Dünya daha bir pandemiya ilə üz-üzə qala bilər

  • 13:36 - 30 İyun

Çin elm adamları mutasiya edəcəyi halda Yer üzündə yeni pandemiya yarada biləcək donuz qripinin yeni ştammını aşkarlayıblar.

Avropa.info xəbər verir ki, bu barədə PNAS adlı amerikan nəşrində dərc olunan elmi məqalədə deyilir. Çin universitetlərinin və Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin tədqiqatçıları hesab edirlər ki, G4 insanları yoluxdura biləcək bütün vacib əlamətləri daşıyan yüksək qabiliyyətli virusdur. 

Tədqiqatlar 2011-2018-ci illərdə 10 Çin əyalətində yerləşən sallaqxana və baytarıq klinikalarında aparılıb. 2016-cı ildə donuzlardan götürülən nümunələrdə virusun yeni ştamları aşkarlanıb. 

İnsanlarla qripin eyni simptomlarını keçirən gəlinciklərin üzərində aparılan təcrübələr zamanı G4 virusunun daha ciddi simptomlar göstərdiyi, insanların mövsümü qripə qarşı qazandığı immunitetin isə bu virusa təsir etmədiyi ortaya çıxıb.

Donuz yetişdirmə fermalarının əməkdaşlarının verdiyi analizlər nəticəsində işçilərin 10%-nin G4 virusuna yoluxduğu aşkarlanıb. İnsanların cəmi 4,4%-nin bu virusu daşıdığı ehtimal olunur.

“The Guardian”ın yazdığına görə, virus heyvandan insana keçə bilər, lakin insandan insana keçməsinə dair hələ sübut yoxdur. 

“İnsanların G4 virusuna yoluxması virusun sonrakı adaptasiyası və insanlar arasında pandemiya yaratma riski ilə bağlı narahatlığı artırır” – məqalədə deyilir. 

Ekspertlər təhlükə ilə bağlı donuz yetişdirmə fermalarında işləyən sağlam insanlara nəzarət etməyə də çağırıblar.

Xatırladaq ki, G4-ün yarandığı H1N1 virusu 2009-cu ildə pandemiyaya səbəb olmuşdu.


Oxunma sayı: 7459

Oxşar yazılar