İsraildə bir gündə 637 nəfər infeksiyaya yoluxdu

  • 23:10 - 29 İyun

İsraildə koronavirusa yoluxanların sayı yenidən artıb.

Son 24 saatda 637 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Müalicə alan bir nəfər həyatını itirib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 24 276 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 189 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib.

6 768 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.(report)


Oxunma sayı: 2696

Oxşar yazılar