Zərdab sakinləri ölkə başçısına və rayon rəhbərliyinə təşəkkür ediblər - Video

  • 21:17 - 29 İyun

Zərdab rayonunun Gəlmə, Əlibəyli, və Allahqulubağı kəndinin sakinləri  yol çəkilişi ilə bağlı ölkə Prezidenti İlham Əliyevə,  Zərdab Rayon İcra hakimiyyətinin başçısı  Mərdan Camalova təşəkkür ediblər.


Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, yeni çəkilən Gəlmə-Əlibəyli- Allahqulubağı yolu yerli əhəmiyyətli dördüncü texniki dərəcəli yeddi kilometr uzunluğunda olan yoldur.

Yolun hərəkət hissəsi 6 metr, kənar hissəsi isə hər iki tərəfə 2 metrdir.
Yol üç yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirir və digər rayonlara
çıxışını təmin edir. Yola 7 sm alt qat, 5 sm isə üst qat asfalt örtüyü çəkilir.
Qeyd edək ki, bu ərazidən keçən avtomobil yolunda uzun müddət asfalt örtüyü olmayıb.


Oxunma sayı: 12266

Oxşar yazılar