Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək

  • 19:47 - 29 İyun

Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur. 

Avropa.info xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, bu gün E. Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü keçirilib.


Oxunma sayı: 3026

Oxşar yazılar