Rusiyada əhalinin siyahıyaalınması təxirə salındı

  • 18:46 - 29 İyun

Rusiyada əhalinin siyahıyaalınması gələn il keçiriləcək. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Statistika Komitəsinin rəhbəri Pavel Malkov bildirib. 

“Rusiya hökumətinin qərarına əsasən, əhalinin siyahıyaalınması aprelin 1-dən 30-dək keçiriləcək. Qərar tezliklə çap olunacaq”, - o qeyd edib. 

Xatırladaq ki, bir müddət əvvəl bu kampaniyanın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu, lakin koronavirus səbəbindən təxirə salındı.


Oxunma sayı: 3147

Oxşar yazılar