İsrail: “Koronovirusun ikinci dalğasındayıq, məhdudiyyətlər qayıdır”

  • 17:45 - 29 İyun

“Koronovirusun ikinci dalğasının başlanğıcındayıq, bu üzdən yeni məhdudiyyətlərə getmək məcburiyyətindəyik”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə İsrailin səhiyyə naziri Yuli Edelşteyn çıxış edib.

Edelşteyn qadağaların məclislər, toy zalları və yəhudi sinaqoqlarını əhatə edəcəyini deyib.

Qeyd edək ki, İsraildə sutka ərzində 218 yeni yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.


Oxunma sayı: 2927

Oxşar yazılar