İran Trampı “qırmızı büllten”lə İnterpola axtarışa verdi

  • 16:23 - 29 İyun

İran SEPAH-ın Qüds qüvvələri komandiri Qasım Süleymaninin qətli ilə bağlı ABŞ prezidenti Donald Tramp və bir neçə amerikalı rəsmi haqda həbs qərarı çıxarıb.

Avropa.info xəbər verir ki, iranlı rəsmilər həbs qərarının həyata keçirilməsi üçün İnterpola müraciət ediblər.

İSNA agentliyinin məlumatına görə, Tehranın baş prokuroru Əli Əlqasimehr Tramp və daha 30 nəfərə sui-qəsd cinayəti və terrorçuluq ittihamı ilə məhkəmə işi açılıb.

İranın tələbi ilə bağlı İnterpoldan cavab gəlməyib. İran Trampı “qırmızı bülleten”lə axtarışa verib.


Oxunma sayı: 4874

Oxşar yazılar