Magistraturaya qəbul üçün keçid balları açıqlandı

  • 16:00 - 29 İyun

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib.

Mərkəzdən Avropa.info-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub:

"Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2020-ci ilin iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək".


Oxunma sayı: 3059

Oxşar yazılar