İranda koronovirusdan sutkalıq ölüm sayında yeni rekord

  • 14:34 - 29 İyun

İranda sutka ərzində koronovirusdan rekord sayda – 162 nəfər ölüm halı qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Sima Sadat Lari məlumat verib. Öncəki rekord 4 apreldə qeydə alınmışdı - 162 nəfər. Lari sutka ərzində 2536 yeni yoluxma halının aşkarlandığını bildirib.

İlk yoluxma halının qeydə alındığı 19 fevraldan bu yana Kovid-19-a yoluxma sayı 225 min 205 nəfər olub. Virusdan ölənlərin sayı isə 10 min 670 nəfərdir. 186 min 180 nəfər sağalıb.

İranda bir gün istisna olmaqla artıq iki həftədir ki, gündə 100 nəfər ölür. İranda yoluxma hallarının artması yumşalmadan sonra - məscid və restoranların açılmasından sonra qeydə alınıb. 


Oxunma sayı: 3257

Oxşar yazılar