ANS-in 2013-cü ildə koronavirus barədə hazırladığı süjet və gerçəkliklər – Video

  • 14:06 - 29 İyun

Sosial şəbəkələrdə "ANS" kanalının koronavirusla bağlı illər əvvəl hazırladığı sujet yayılaraq bunun oyun olduğu iddia edilib və bu da insanların virusa qarşı şübhələrinin artmasına səbəb olub.

Avropa.info bildirir ki, sözügedən video 2013-cü ildə, hazırda fəaliyyəti dayandırılmış "ANS" telekanlında yayımlanıb. Sujetdə koronavirusun iki nəfərə yoluxmasından və təhlükəli olmasından danışılıb.

Qeyd edək ki, koronavirusun müxtəlif növləri var. ANS-də bəhs olunan koronavirus onun MERS ( Middle East respiratory syndrome) növüdür. Mers növündən əvvəl isə SARS ( Severe acute respiratory syndrome ) növü olub.

SARS virusu 2002-04-cü illərdə yayılıb və bu virusdan 774 ölüm qeydə alınıb. MERS növü isə 2012-2013-cü illərdə yayılıb və 282 nəfər bu virus səbəbindən dünyasını dəyişib.

Hazırda yayılan isə koronavirusun yeni növüdür və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Məlumat üçün bildirək ki, bugünkü statistikaya əsasən dünyaüzrə koronavirusa yoluxanların sayı 10 milyonu keçib, 500 mindən çox insan yeni növ koronavirus səbəbindən dünyasını dəyişib.


Oxunma sayı: 2993

Oxşar yazılar