“Rusiyanın vəziyyəti 1998-ci ilin defoltunu xatırladır” – German Qref

  • 12:51 - 29 İyun

“Sberbank”ın sədri German Qref koronovirus pandemiyası ilə bağlı vəziyyəti 1998-ci ilin defoltu ilə müqayisə edib.

Avropa.info xəbər verir ki, Qref karantinin qızğın  vaxtında düşdükləri vəziyyətdən çıxış yolları axtarışı getdiyini bildirib.

“Hökumətə qibtə edə bilməzsən. Ən azı ona görə ki, mövcudluğunun ikinci həftəsində qarşısına koronovirus çıxdı. Vəziyyəti daha çox Sergey Kiryenkonun hökumət evinə gəldiyi 1998-ci ilin defoltu ilə müqayisə etmək olar. Oxşar haldır. Şişirtmədən demək lazımdır ki, hökumət sutkada 20 saat işləyirdi. İndi başa düşürük ki, vəzi qərarın boş və qeyri-düzgün olduğu ortaya çıxdı. Lakin bunlar o zaman mütləq düzgün reaksiyalar kimi görünürdü” – Qref deyib.


Oxunma sayı: 4676

Oxşar yazılar