“Sirt və Cufranı Rusiya muzdlularından təmizləməkdə qərarlıyıq” – Türkiyə dəstəkli Liviya ordusu

  • 12:16 - 29 İyun

“Paytaxt Tripoli və Tərxunədən çıxarılan cinayətkar ünsürlər və Rusiya muzdlularının cəmləşdiyi Sirt ölkəmizin sülh və təhlükəsizliyi baxımından təhlükə yerə çevrilib”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Liviya ordusunun mətbuat katibi Məhəmməd Kununu çıxış edib. 

Kununu Cufra aviabazası və cənubdakı neft yataqlarını nəzarətə götürmək üçün “Vaqner” muzdlularının ora yerləşdirildiyini deyib:

“Sirte və Cufranın Rusiya muzdlularından və cinayətkar ünsürlərdən təmizlənməsi həmişəkindən daha çətin olub. Sülh bağlayaraq, ya silah gücünə bu şəhərləri xilas etməkdə qərarlıyıq”.

Kununu Sirti “qırmızı xətt” adlandıran ərəb ölkələrini muzdluları dəstəkləməkdə ittiham edib:

“Muzdlu hərbçilərin Sirt və Cufranı işğal etdiyi və liviyalıların çörək ağacı olan neft yataqlarını ələ keçirdikləri vaxtda atəşkəsdən bəhs edilməsi qəbuledilməzdir”.

Xatırladaq ki, Liviya Milli Neft Şirkəti cümə günü ölkənin cənubundakı iri həcmli Şerara neft yatağında hasilatın dayandığını, buraya rus və digər əcnəbi muzdluların yerləşdiyini açıqlamışdı.


Oxunma sayı: 5743

Oxşar yazılar