Aqil Abbasdan deputat köməkçiləri ilə bağlı müraciət

  • 12:11 - 29 İyun

Milli Məclisin plenar iclasda çıxış edən deputat Aqil Abbas bir məsələyə diqqət çəkib

Musavat.com xəbər verir ki, deputat aşağıdakıları bildirib: “Bizim deputat köməkçilərinin karantin dövründə hərəkətinə icazə vermirlər, nəticədə  işlərimiz tökülüb-qalıb. Polis saxlayır ki, “sənin icazən yoxdur”. Karantin dövrünün də nə qədər çəkəcəyi məlum deyil. Köməkçilərsə bizim sağ əllərimizdir”,-deyən A.Abbas parlament rəhbərliyinə xitabən bu problemin həllinə dəstək olmağa çağırıb.

Sədr Sahibə Qafarova məsələyə reaksiya verərək Aparat rəhbəri Səfa Mirzəyevlə bu barədə danışacağını deyib. Bildirib ki, Operativ Qərargahla məsələ müzakirə olunacaq.


Oxunma sayı: 2993

Oxşar yazılar