Millimizin qapıçısı "Sabah"da - RƏSMİ

  • 19:45 - 28 İyun

“Sabah” komandası heyətini yeni oyunçu ilə gücləndirib. 

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.


Oxunma sayı: 14048

Oxşar yazılar