"Microsoft"un post-koronovirus siyasəti - Bütün mağazalar bağlanıb, rəqəmsal platformaya keçəcək

  • 13:46 - 27 İyun

Texnologiya nəhəngi "Microsoft" dünya ölkələrində yerləşən mağazalarının hamısını bağlayıb, rəqəmsal platformaya keçəcək.

Avropa.info xəbər verir ki, şirkət sadəcə London Nyu-York, Sidney və Redmonddakı mağazalarını saxlayaraq onları "Təcrübə mərkəzləri"nə çevirəcək.

Koronovirus pandemiyası üzündən bağlanan 80 "Microsoft" mağazası bir daha çaılmayacaq. Mağazalarda fəaliyyət göstərən şəxslər şirkət tərkibində işləməyə davam edəcəklər.

Qeyd edək ki, Microsoft mağazalarında planşetlər, noutbuklar cə Xbox oyun aparatları satılırdı. 


Oxunma sayı: 10726

Oxşar yazılar