
İstanbulda partlayış - 1 ölü, 10 yaralı
- 11:53 - 27 İyun
İstanbulun Baxçalıevlər rayonunda yerləşən trikotaj sexində baş verən partlayış baş verib.
Avropa.info xəbər verir ki, qazın yığılması nəticəsində baş verən partlayışda 1 nəfər əcnəbi ölüb, 10 nəfər yüngül şəkildə yaralanıb.
Partlayış baş verən yerə yanğınsöndürənlər və təcili tibbi yardım maşınları göndərilib. Yaralılar xəstəxanaya aparılıb.