Bakı-İstanbul reysinə biletin qiyməti 1200 manata qaldırıldı? – AZAL-dan rəsmi reaksiya

  • 09:55 - 27 İyun

Daha əvvəl xəbər verildiyi kimi, 26  iyun tarixində AZAL Bakı-İstanbul-Bakı  reysinə biletlərin satışına başlanılıb.

Təəssüf ki, sosial şəbəkələrdə kənar saytlar tərəfindən biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.

Bu barədə Avropa.info-ya AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində  AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən  qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.


Oxunma sayı: 11232

Oxşar yazılar