Baş Prokurorluq itkin düşmüş Bakı sakininin qətli ilə bağlı məlumat yayıb - YENİLƏNİB

  • 16:20 - 26 İyun

Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib.

Baş Prokurorluğun mətbuat xidmətindn Avropa.info-ya bildirilib ki, prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla Ziyəddin Seyidovun Nazim Musayevi öldürüb işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən fermanın həyətində basdırmasına əsaslı şübhələr müəyyən edildiyindən, Z.Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

12.49

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyənləşib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılıb.  

N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində eksqumasiya edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Beyləqan rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 3664

Oxşar yazılar